MSK sədrindən seçki xəbərdarlığı

© Sputnik / Murad OrujovПредседатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов
Председатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов - Sputnik Azərbaycan
Abunə olmaq
Məzahir Pənahov: "Heç kim jurnalistləri məntəqəni tərk etməyə məcbur edə bilməz"

BAKI, 11 aprel — Sputnik. "Müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz. Hər kəs istənilən məsələ barədə MSK və qurumun qaynar xətti ilə əlaqə saxlaya bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib. O bildirib ki, səsvermədə hər kəsin hüquqları gözlənilməlidir.

"Axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır. Seçki məntəqələri saat 7-də bağlanacaq" — Pənahov vurğulayıb.

Xəbər lenti
0