BAKI, 11 aprel — Sputnik. ABŞ-ın "Artur J.Finkelstein and Associates" (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, "exit-poll"da iştirak edən seçicilərdən 85.57 qədəri prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 2.96%, Zahid Oruc 2.92%, Sərdar Cəlaloğlu 2.48%, Hafiz Hacıyev 1.76%, Araz Əlizadə 1.42%, Fərəc Quliyev 1.52%, Razi Nurullayev 1.37%.
Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb. "Exit-poll"da iştirak edən 1495 nəfər seçicidən 86,53 faizi Prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 3.10%, Zahid Oruc 2.92%, Sərdar Cəlaloğlu 2.81%, Hafiz Hacıyev 1.73%, Araz Əlizadə 1.21%, Fərəc Quliyev 1.3%, Razi Nurullayev 0.67 %.