BAKI, 11 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident seçkilərində səs verib. Sputnik Azərbaycan xəbər verir ki, o, 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Səsvermə prosesi 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində təşkil olunub.
Səsvermə səhər saat 8:00-da başlayıb, saat 19:00-da başa çatacaq.
Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.