BAKI, 11 aprel — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bugünkü prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, seçkilər baş tutmuş hesab edilir: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək"
O qeyd edib ki, Azərbaycan xalqı yenə düzgün seçib edib: "İlham Əliyevin prezidentliyi dövründə ölkə ciddi inkişaf edib və qüdrəti artıb".