ABŞ-ın Rusiyaya vurduğu "zərbə" Almaniyaya dəydi

© REUTERS / Francois LenoirAlmaniya kansleri Angela Merkel
Almaniya kansleri Angela Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın İqtisadiyyat Nazirliyi aprelin 6-sında 24 rusiyalı iş adamlarına sanksiya tətbiq edib

BAKI, 11 aprel — Sputnik. ABŞ-ın sanksiyaları nəticəsində Almaniyanın iqtisadiyyatı yaxın illərdə bir neçə milyard avro itirəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, yaxın zamanlarda dəyən ziyanın miqdarı 100 milyon avro olacaq.

Rusiyada fəaliyyət göstərən və əməkdaşlıq edən Almaniya şirkətləri — məsələn, "Qrup Qaz", "Renova", "Rusal" kimi şirkətlər Amerikanın sanksiyasına düşənlər siyahısındadır.

ABŞ-ın İqtisadiyyat Nazirliyi aprelin 6-sında 24 rusiyalı iş adamlarına sanksiya tətbiq edib. Siyahıya düşənlər arasında xüsusilə Oleq Deripaska, İqor Retoberq, Biktor Bekselberq, Süleyman Kərimov, Kiril Şamalov, Aleksey Miller var.

Qeyd edək ki, sanksiyaların tətbiqi siyahı üzvlərinin ABŞ-ın aktivlərini məhdudlaşdırır. Eyni zamanda ABŞ-a həmin fiziki şəxslərin girişi qadağan edir, habelə ABŞ sahibkarları sadalanan şəxslərlə və ya şirkətlərlə işgüzar münasibətləri saxlamamaq nəzərdə tutulur.

Xəbər lenti
0