Sürücülər artıq buna görə də cərimə olunacaq

© Sputnik / Anar MustafayevПаркомат в Баку, фото из архива
Паркомат в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ödənilən pulu nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq

BAKI, 10 aprel — Sputnik. Bu gündən Bakıda bütün parkomatlar ləğv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli sosial şəbəkələrdə məlumat paylaşıb.

O qeyd edib ki, artıq parkinq nəzarətçilərinə kiçik elektron cihazlar verilib: "Avtomobil dayanan kimi aparata daxil edilir və mərkəzi sistemə maşın haqqında məlumat ötürülür. Məsələn, əvvəl yarım saatlıq pul ödəyib 1 saat sonra gəlmək olurdu. Amma indi sistem onu borc kimi hesablayacaq və pulu ödəməyənlər cərimə olunacaq. Ödənilən pulu da nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq".

© © KarikaturaAğıllı parkomat
Ağıllı parkomat - Sputnik Azərbaycan
Ağıllı parkomat
Xəbər lenti
0