Suriyanın növbəti geriyə addımı nə ilə nəticələnəcək?

© REUTERS / Khalil AshawiSuriya
Suriya - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya ordusu və milisləri hücum ehtimalına qarşı həyəcan siqnalına keçib

BAKI, 10 aprel — Sputnik. Suriya ordusunda həyəcan yaşanır.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Suriya ordusu və milisləri hücum ehtimalına qarşı həyəcan siqnalına keçib. Hədəf ola biləcək bəzi hərbi bazalar boşaldılır.

Keçən il Suriyanın Xan Şeyxun şəhərində 80-dan çox insanın ölümü ilə nəticələnən kimyəvi silahın tətbiqindən sonra ABŞ Suriyada rejimə məxsus hərbi hədəfləri raketlərlə vurmuşdu. Onlarca raket dənizdəki döyüş gəmilərindən atılmışdı.

Qeyd edək ki, ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib.

Xəbər lenti
0