Saqqallılar xəyanətkar və oğru olur - Araşdırma

CC0 / StockSnap / BeardSaqqallı adam, arxiv şəkli
Saqqallı adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müqayisə üçün deyək ki, saqqalsızların 20 faizi xəyanət etdiyini etiraf edib.

BAKI, 10 aprel — Sputnik. Saqqallı kişilərin oğru və xəyanətkar olduğu müəyyən edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbəb verir ki, alimlərin araşdırmaları zamanı müəyyən olunub ki, saqqallı kişilər saqqalsızlarla müqayisədə cinayətə daha çox meyilli olur.

Britaniya alimlərinin fikrincə, saqqallılara inanmaq olmaz. Sorğu zamanı müəyyən edilib ki, saqqallı kişilərin 47 faizi öz qadınlarını aldadıb. Müqayisə üçün deyək ki, saqqalsızların 20 faizi xəyanət etdiyini etiraf edib.

Bundan başqa müəyyən edilib ki, saqqallı kişilərin 40 faizi oğurluq edib. Sorğu zamanı saqqalsız kişilərin 17 faizi oğurluq etdiyini və küçə cinayətlərinə qarışdığını bildirib.

Xəbər lenti
0