BAKI, 10 aprel — Sputnik. Dünya birjalarında "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,21 dollar və yaxud 1,75% artıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarına "Azeri LT CIF" markalı neftin qiyməti 70,34 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.