Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 9 aprel — Sputnik. Aprelin 11-də keçiriləcək prezident seçkilərində Lənkəran şəhər sakinlərinin səs verməsi üçün bütün şərait yaradılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən əldə etdiyi məlumata əsasən, Dairənin ərazisində 28 məntəqə yaradılıb, 12 məntəqədə isə veb-kameralar quraşdırılıb. 35491 nəfər seçici qeydiyyata alınıb, bunlardan 600 nəfəri ilk dəfə səs verəcək gənclərdir.
Məlumat üçün bildirək ki, Lənkəran rayonunun Sütəmurdov, Şilavar, Göyşaban, Ürgə və Digah kəndləri də 73 saylı Lənkəran Şəhər Seçki Dairəsinə daxildir.