Fələstində ölənlərin sayı 32 nəfərə çatıb

© AP Photo / Mohammed ZaatariFələstin bayrağı, arxiv şəkli
Fələstin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail blokadası altında olan Qəzza zolağında 30 martda keçirilən dinc yürüş zamanı yaralanan fələstinli Mervan Avad Kudeyh bu səhər həyatını itirib

BAKI, 9 aprel — Sputnik. İsrail blokadası altında olan Qəzza zolağında 30 martda keçirilən "Böyük qayıdış yürüşü" zamanı yaralanan fələstinli Mervan Avad Kudeyh bu səhər həyatını itirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, dinc yürüş zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan fələstinli Kudeyh müalicə aldığı xəstəxanada ölüb.

Bununla da, 30 martdan bəri davam edən dinc aksiyalarda İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 32-yə çatıb. Dinc nümayişlərdə 2850-dən çox fələstinli də yaralanıb. Qəzzadakı xəstəxanalarda müalicələri davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, fələstinlilər "Torpaq Günü"nün 42-ci ildönümü çərçivəsində martın 30-dan etibarən blokada altındakı Qəzza zolağının İsrail sərhədində dinc aksiyalar keçirir. Fələstinlilər dinc aksiyaları may ayının ortasına qədər davam etməyi planlaşdırır. "Torpaq Günü" fələstinlilərin göstərdiyi müqavimətin rəmzi olaraq göstərilir.

Xəbər lenti
0