Ermənistana gələn həftədən başçılıq edəcək yeni liderin adı bəlli oldu

© SputnikПлощадь Республики. Ереван
Площадь Республики. Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 9-da yeni prezident Armen Sarkisyanın andiçmə mərasimi keçirilib

BAKI, 9 aprel — Sputnik. Ermənistanın yeni baş naziri postuna Serj Sarqsyanın namizədliyi irəli sürüləcək. Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistanın baş nazir vəzifəsini icra edən Karen Karapetyan deyib.

Karapetyan bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanla söhbətindən sonra bildirib. O, aprelin 17-də parlamentdə baş nazir postuna Serj Sarqsyanın namizədliyinin irəli sürüləcəyini deyib.

Aprelin 9-da yeni prezident Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. Andiçmə mərasimindən sonra baş nazir Karen Karapetyan prezidentə hökumətin istefası barədə ərizəni təqdim edib.

Lakin köhnə hökumət parlament yeni baş naziri təsdiq edənədək fəaliyyətini davam etdirəcək.

Ermənistanın yeni konstitusiyasına görə, hökumət aprelin 17-də keçiriləcək baş nazir seçkilərindən sonrakı 5 gün ərzində formalaşdırılacaq. Yeni konstitusiyaya görə, ölkə parlamentli respublika olur, yəni, birinci şəxs baş nazir olacaq.

Xəbər lenti
0