Bütün dünyaya səpələnmiş 10 milyonluq xalq

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidQaraçı xalqının nümayəndələri, arxiv şəkli
Qaraçı xalqının nümayəndələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda dünyada təxminən 10 milyon qaraçı yaşayır

BAKI, 8 aprel — Sputnik. Hər il aprelin 8-də Beynəlxalq Qaraçı Günü (International Roma (Gypsy) Day) qeyd olunur. 

Bu gün 1971-ci ildə Londonda keçirilmiş Ümumdünya Qaraçı konqresində təsis edilib. Həmin konqresdə qaraçılar öz bayraqlarını və himnlərini də seçiblər. 

Hazırda dünyada təxminən 10 milyon qaraçı yaşayır. Qaraçılar 6 qola — 3 qərb və 3 şərq qoluna bölünürlər. Onlar Hind-Avropa xalqlarına aid edilirlər və indiyədək formalaşmış dilləri Hind-Ari dil qrupuna daxildir. Avropada mənşəcə qaraçılarla eyni olmayan, lakin məişətləri onlara bənzəyən bir neçə başqa etnik qrup da var.

Azərbaycanda da bir neçə min qaraçı yaşayır. Onlar əsasən dilənçiliklə pul qazanırlar.

Xəbər lenti
0