Vəziyyət gərginləşir: ABŞ-dan Suriyaya hərbi əməliyyat anonsu

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidИстребители F16 турецких военно-воздушных сил, фото из архива
Истребители F16 турецких военно-воздушных сил, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp rəsmi Dəməşqin kimyəvi silahdan istifadəyə görə cavab verəcəyini vurğulayıb

BAKI, 8 aprel — Sputnik. Ağ Ev Şərqi Quta əyalətinin Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya qarşı hərbi əməliyyatı istisna etmir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Ağ Evin təhlükəsizlik və terrorla mübarizə üzrə müşaviri Tomas Bossert bildirib.

Jurnalistlər ondan, ABŞ-ın Suriya hökumətinə qarşı raketlərdən istifadə etməklə hücum edib-etməyəcəyi barədə soruşaraq, 1 il əvvəl Xan-Şeyxundakı kimyəvi hücumdan sonra Vaşinqtonun analoji cavabını xatırladıblar. Bossert isə heç nəyi istisna etmək lazım olmadığını vurğulayıb: "İstisna deyil. Dəhşətli fotolardır. Biz hücumu analiz edirik. Dövlət Departamenti bəyanat verib. Prezidentin müşavirləri bütün günü bunu müzakirə edirlər".

Donald Tramp özü də bəyanatla çıxış edərək, rəsmi Dəməşqin kimyəvi silahdan istifadəyə görə cavab verəcəyini vurğulayıb: "Uşaqlar və qadınlar da olmaqla, dəhşətli hücumda xeyli ölən var. Vəhşilik baş verən ərazi Suriya ordusu tərəfindən mühasirədədir və ora dünya ictimaiyyəti üçün bağlıdır".

ABŞ lideri dərhal mühasirəni götürməyə və yaralılara kömək etmək üçün imkan yaratmağa çağırıb.

Xəbər lenti
0