Separatçı lider Rusiyaya qaçmaq istəyib

© REUTERS / Eric VidalKataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon
Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
Abunə olmaq
Puçdemon Finlandiyaya olarkən, İspaniya prokurorluğu onun həbsi üçün order çıxarıb

BAKI, 7 aprel — Sputnik. Kataloniyanın keçmiş başçısı Karlos Puçdemon həbsi ərəfəsində Rusiyaya qaçmaq istəyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, siyasətçi son anda fikrini dəyişib, İsveçə üz tutub. O burdan Belçikaya getmək istəyib. Ancaq Almaniya ərazisində saxlanılıb.

Puçdemon vətəni İspaniyada korrupsiya və üsyana cəhddə ittiham edilir.

"El Mundo" yazır ki, Puçdemon Finlandiyaya olarkən, İspaniya prokurorluğu onun həbsi üçün order çıxarıb. O, Finlandiyadan ya Rusiyaya, ya da İsveçə getməyi düşünüb. Çünki hər iki ölkə Finlandiya ilə sərhəddir.

Hansısa səbəbdən son anda fikrini dəyişən separatçı lider Almaniyada saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Məhkəmə istintaq yekunlaşana qədər ölkəni tərk etməmək şərti ilə 75 min avro müqabilində onu azadlığa buraxıb.

Xəbər lenti
0