CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

General: “Aprel döyüşlərində yaralananların hamısı xilas edilib”

© Photo : NTVMüdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib”

BAKI, 7 aprel — Sputnik. “Aprel döyüşlərində hospitala çatdırılan bütün yaralılar xilas edilib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

İdarə rəisinin sözlərinə görə, hətta ağır yaralılardan belə kimsə həyatını itirməyib: “Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibələrinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisə edilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib”.

Xəbər lenti
0