Xırdalanda direktor müavini intihar edib

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc qadının meyiti yaşadığı evin çardağından asılmış vəziyyətdə tapılıb

BAKI, 6 aprel — Sputnik. Xırdalanda musiqi məktəbinin direktor müavini intihar edib. Bu barədə Sputnik Azərbaycan-a Abşeron rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, aprelin 5-də gündüz saatlarında Xırdalan şəhəri, Əhmədov küçəsində yerləşən 1 saylı evin çardağında 1988-ci il təvəllüdlü Ağalarova Nərmin Elman qızının cəsədi asılmış vəziyyətdə tapılıb. Hüquq-mühafizə orqanları hadisəni intihar faktı kimi qeydə alıb.

Hələlik intiharın səbəbləri müəyyən edilməyib. Sadəcə o məlumdur ki, Ağalarova Nərmin Niyazi adına 22 saylı musiqi məktəbinin direktor müavini işləyib. Onun iki azyaşlı övladı var.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Xəbər lenti
0