Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Soyuqdəymə dərmanları Türkiyədə həyəcan yaratdı, bəs bizdə durum necədir?

© Sputnik / Murad OrujovВитрина с лекарствами
Витрина с лекарствами - Sputnik Azərbaycan
Abunə olmaq
Narkoloq: "Həmin dərmanların tərkibindəki narkotik maddənin həcmi o qədər azdır ki, asılılıq yarada bilməz"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Türkiyədə bu ilin 1 iyun tarixindən etibarən tərkibində narkotik istehsalında istifadə edilən psevdoefedrin maddəsi olan soyuqdəyməyə qarşı dərmanlar nəzarətə götürüləcək. Xəbərdə deyilir ki, narkotik alverçilərinin narkotik maddə istehsalında, tərkibində psevdoefedrin və efedrin olan dərmanlardan istifadə etməsi Türkiyədə müvafiq qurumları hərəkətə gətirib. Qonşu dövlətdə artıq bu dərmanlar həkim resepti olmadan satılmayacaq.

Таблетки, фото из архива - Sputnik Azərbaycan
Böyük təhlükə: Soyuqdəyməyə qarşı dərmanlar nəzarətə götürülür

Nəzərə alaq ki, Azərbaycanda da bu tip dərmanlar apteklərdə reseptsiz satılır və geniş istifadə olunur. Bu zaman belə bir sual meydana gəlir: Azərbaycanda da bu dərmanlar nəzarətə alınmalıdır? Yoxsa buna ehtiyac yoxdur?

Sputnik Azərbaycan bu suala cavab tapmaq üçün tibb ekspertlərinə müraciət edib. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman maddələrinin dövlət reysteri olmalıdır və bütün dərman preparatlarının tərkibi, əsas maddələr, dərman əlavələri haqqında məlumat yazılmalı və qutusuna qoyulmalıdır.

"Bəzi dərman maddələrinin tərkibində dərman əlavələri olur. Hansılar ki, normalda dərman kimi istifadə olunmur. Məsələn, dərmana ancaq dad verir. Bu dərman əlavələrinin içində zərərli maddələr də ola bilər. Müxtəlif boyayıcı maddələr də, ağır metal duzları və sair də. Bunlar isə orqanizmə çox zərər verir", — deyə professor əlavə edib.

A.Qeybulla zərərli dərmanlardan da danışıb: "Bunlar, əsasən, parasetamol əsaslı dərmanlardır. Bu dərmanları həkim nəzarəti olmadan uzun müddət istifadə etmək olmaz. Çünki onlar nəinki insanı xəstəlikdən qoruyur, əksinə bir müddət daimi istifadə olunanda mədə qanamasına, böyrək problemlərinə və digər xəstəliklərin yaranmasına səbəb ola bilər".

Ekspertin fikrincə, Türkiyədəki qanundan ölkəmizdə də nəticə çıxarılmalıdır: "Ağrıların əksəriyyəti adətən xroniki olur. Xüsusilə bel ağrıları, revmatizm ağrıları və s. Bu tip xəstəliklərin tam sağalması heç də mümkün olmur. Bu dərmanların təyinatı da, yaxşı olar ki, həkim nəzarəti ilə edilsin. Yəqin ki, Türkiyədə olan qanundan biz də nəticə çıxaracağıq".

Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda aptekdə psixotrop tərkibli dərmanlar tapılıb

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun Psixiatriya və narkologiya kafedrasının assistenti Eldar Haqverdiyev isə sualımıza fərqli cavab verib. Bildirib ki, həmin dərmanların tərkibindəki narkotik maddənin həcmi o qədər azdır ki, asılılıq yarada bilməz.

"Narkotika ümumi anlayışdır. Psixotrop dərman siyahısında bu gün bir dərman qeyd edilə bilər, sabah isə siyahıdan çıxarıla bilər. Bu dərmanlar isə asılılıq yaradır. Ümumiyyətlə asılılıq yaradan dərmanlar çoxdur. Məhz bu problemə görə normal və bəzi xəstəliklərin müalicəsi üçün lazım olan dərmanları qadağan edirlər. Bu da sonradan bəzi xəstəliklərin sağalmasına problem yaradır", — deyə ekspert əlavə edib.

E.Haqverdiyev vurğulayıb ki, soyuqdəymə dərmanlarının tərkibində narkotik maddə o qədər zəifdir ki, zərərli olması üçün çox sayda qutu istifadə etmək lazımdır: "O səbəbdən də, həmin dərmanlar tam təhlükəsiz hesab olunur".

Haqverdiyev onu da deyib ki, narkotik maddələrlə mübarizəni dərman qadağası ilə aparmaq doğru deyil: "Narkotik vasitəni istehsal edən bu qadağaya da məhəl qoymayacaq, başqa üsullar axtaracaq, digər maddələrdən istifadə edəcək. Nəzərə almalıyıq ki, tək dərmanla deyil, adi yapışqandan belə, uyuşdurucu maddə kimi istifadə edirlər. Bu vəziyyətdən çıxış yolunu qadağalar tətbiq etməkdə görmək olmaz. Bunun üçün maarifləndirmə aparmaq, mübarizəyə düzgün insanları yönəltmək lazımdır".

Xəbər lenti
0