BAKI, 6 aprel — Sputnik. Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Xe-ni 24 illik azadlıqdan məhrum edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məhkəmə iclasından birbaşa yayım ölkənin telekanalları tərəfindən yayımlanıb.
Eks-prezident ötən il martın sonunda həbs edilib. O 18 maddə, korrupsiya, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və hökumət məlumatlarının açıqlanması maddələri ilə mühakimə edilib.
Prokurorluq keçmiş prezidentin 30 il müddətinə azadlıqdan məhrum edilməsini və 118,5 milyard Cənubi Koreya von (95 milyon dollar) məbləğində cərimə edilməsini tələb edib.
Korrupsiya qalmaqalı, 2016-cı ilin oktyabrında mətbuatda çıxan Samsung da daxil olmaqla iri Cənubi Koreya şirkətlərinin alınması ilə ortaya çıxıb. Belə ki, həmin vaxt bu korporasiyaların pulu keçmiş prezidnetin rəfiqəsi Soy Sun Silin yaratdığı fond tərəfindən ödənilmişdi.
O, dövlət vəzifəsi tutmadığı halda, prezident administrasiyasının işlərinə qarışır və yüksək əlaqələrdən yararlanırdı.
İki ay əvvəl Soy Sun Sil 20 il müddətinə azadlıqdan məhrum edilərək 18 milyard von (16,56 milyon dollar) cərimə edilib.
Ümumilikdə 30 nəfər barəsində cinayət işi qaldırılıb. Bunlar arasında Samsung şirkətinin başçısı Li Zhe Yong da var.
Keçən il mayın 9-da Cənubi Koreyanın yeni prezidenti Mun Zhe Ying seçilib.