BAKI, 6 aprel — Sputnik. 1965-ci ildə 19 yaşında İspaniyanın Sierra Morena dağlarında canavarların yanında tapılan Marcos Rodrigez Pantoya mətbuata açıqlama verib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, valideynlərini itirən zaman Pantoyanın 7 yaşı olub. Bir çoban onu saxlamağa başlayıb. Çobanın ölümündən sonra 12 il canavarlarla bir yerdə yaşayıb. Markos insanların yaşadığı dünyadan şikayətçidir.
Hazırda 72 yaşı olan Markos canavarlar yaşamağın maraqlı tərəflərindən danışıb. Geri dönüb canavarlarla yaşamaq istəsə də digər insanlar kimi qorxduğu üçün bu addımı atmayıb. O dişi canavardan süd əmdiyini, yarasa, maral və ilanlarla bir mağarada yatdığını xatırlayır və bu anları yaşadığı ən xoşbəxt anlar kimi yad edir.
Markos insanların dünyasına geri dönəndən sonra istismar edildiyini və insanların ona güldüyünü dilə gətirib.