Azərbaycanlı rəqqasə dünya şöhrətli hind aktyorun müdafiəsinə qalxdı

Abunə olmaq
Hindistanlı aktyor adam vuran da 5 il həbs cəzası almışdı, heyvan vuranda da elə o qədər cəza aldı

BAKI, 6 aprel — Sputnik. Azərbaycanlı rəqqasə, Hindistanın India's Best Cine Stars Ki Khoj istedad şousunun qalibi, aktrisa Oksana Rəsulova dünya şöhrətli hind aktyoru Salman Xanın (Salman Khan) 5 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Oksana özünün Instagram hesabında xəbər verib. O, 1998-ci ildə içkili vəziyyətdə maşınla heyvanı vurduğuna görə Xana 5 illik həbs cəzasının verilməsini düzgün hesab etmir.

Lənkəranda 6 nəfərin öldüyü qəza - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lənkəranda 7 nəfəri öldürən sürücü həbs edildi

"Tanınmış Bollivud aktyoru Salman Xana 20 il bundan qabaq törətdiyi qəzaya görə, məhkəmə 5 illik həbs qərarı çıxarıb. Təsəvvür edin, Hindistanda bu məhkəmə 20 il davam edib. Salman "içkili" vəziyyətdə öz avtomobili ilə sayları az olan 2 antilopu (dağ ceyranı) vurubmuş. Mən anlayıram, gunahı böyük ola bilər, amma unutmayaq ki, filmlərinə baxdığımız bu insan nə gədər sevgiyə malikdir. Cəzasını çəkməlidir, amma həbsxanada yox! Bu mənim fikrimdir" — deyə Oksana yazıb. 

Qeyd edək ki, Salman Xan Bollivudun ən populyar aktyorlarından biridir. Onun filmoqrafiyasında "Qorxmaz", "Qələbə üçün haqq", "Qəhrəman", "Xüsusi təhlükəli", "Həmişə hazıram!" və digər filmlər var.

Aktyor məhkəmənin qərarından şikayət vermək niyyətindədir.

Salman Xan 27 dekabr 1965-ci ildə Hindistanın Madhya-Pradeş (Madhya Pradesh) ştatının İndur şəhərində müsəlman yazıçı və ssenarist Səlim Xan və hind rəssam Səlma Xanın (ərə gedənə qədər Suşila Çarak-red.) ailəsində doğulub. Səlma Xan ərə gedəndən sonra islam dinini qəbul edib və gündəlik olaraq namaz qılıb, "Quran" oxuyub. Lakin hind ənənələrini də yaddan çıxarmayıb. 

Aktrisa Teylor Hikson - Sputnik Azərbaycan
Tanınmış aktrisa kinostudiyanı məhkəməyə verdi

Ailələri sonralar Bombeyə köçüb və Salman Xan indiyə qədər də orada yaşayır.

Salman Xan 6 may 2015-ci il tarixində içkili vəziyyətdə küçədə gecələyən evsiz insanı vurduğuna görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Lakin o, qaçıb gizlənib. Sözügedən cinayət 2002-ci ildə törədilib. Artist özü sonralar bildirib ki, həmin gün o, sükan arxasında olmayıb. Onunla bağlı çıxarılan məhkəmə qərarı böyük rezonansa səbəb olub. 2015-ci ilin iyulunda məhkəmə Xanın apellyasiya şikayətinə baxıb. Həmin vaxta qədər Xan azadlıqda qalıb. Bu məsələyə 8 dekabr 2015-ci ildə Mumbay Ali Məhkəməsi Xana bəraət verməklə nöqtə qoyub.

Xəbər lenti
0