BAKI, 6 aprel — Sputnik. Üç ölkəyə — İndoneziya, Malayziya və Bruneyə məxsus Borneo adasının Balikpapan liman şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.
Biosfer.az xəbər verir ki, buna səbəb sahil boyu dənizə dağılan neftin alışması olub. Hadisə nəticəsində 4 balıqçı həyatını itirib. Bir nəfərin itkin düşdüyü bildirilir.
Dəniz suyunu zəhərləyən neftin alovu hələ söndürülməyib. Qara tüstü 18 kvadrat kilometr əraziyə yayılıb.
Balikpapan şəhərində 700 min əhali yaşayır. İnsanlar hazırda havadan zəhərlənməmək üçün qoruyucu maskayla gəzir.