CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmi 23 il ömür sürən dahi

© Photo : PUBLIC DOMAINBəstəkar Asəf Zeynallı
Bəstəkar Asəf Zeynallı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır

BAKI, 5 aprel — Sputnik. Bəstəkar Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə doğulub. 

1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931 illərdə Türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

O həmçinin Türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

Asəf Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Xəbər lenti
0