CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bura zibil atmayın, "zibil"ə düşərsiniz!

© Sputnik / Irade JELILMəhəmməd Hadi küçəsində zibillik
Məhəmməd Hadi küçəsində zibillik - Sputnik Azərbaycan
Abunə olmaq
Tələblərə əməl etməyən hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. "2017-ci ildə məişət tullantıları ilə bağlı, ümumilikdə 575 akt və 199 protokol tərtib olunub. 180 qanun pozuntusuna görə 221 900 manat məbləğində inzibati qaydada cərimə edilib. Ətraf mühitə vurulan zərərlə bağlı 20399 manat iddia qaldırılıb, tullantıların yerləşdiriməsinə görə 439499 manat ödəmə tətbiq edilib və 110 fakt üzrə hüquq mühafizə orqanlarına müraciət edilib".

© Photo : Facebook / Raqub MirzəyevRaqub Mirzəyev
Raqub Mirzəyev - Sputnik Azərbaycan
Raqub Mirzəyev

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, bəzən müşahidə edilən tullantıların kim tərəfindən atıldığı məlum olmur.

"Belə olan halda hüquq mühafizə orqanları bu işlə məşğul olur. Məişət tullantılarının idarə edilməməsi İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan üç min manatadək, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir", — deyə Mirzəyev bildirib.

Sektor müdirinin sözlərinə görə, bu, eyni zamanda İXM-nin 266-cı maddəsi ilə də tənzimlənir: "Belə ki, 266.3 bəndinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir".

"Həmçinin şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz, hüquqi şəxslər min manat məbləğində cərimə edilir", — deyə həmsöhbətimiz əlavə edib.

Xəbər lenti
0