CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tariximizi əks etdirən kitab nəşr olunub

© Photo : UNEC mətbuat xidmətiUNEC-də "Qəhrəmanlarımız qan yaddaşımızdır" kitabının təqdimatı olub
UNEC-də Qəhrəmanlarımız qan yaddaşımızdır kitabının təqdimatı olub - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-də "Qəhrəmanlarımız qan yaddaşımızdır" kitabının təqdimatı olub

BAKI, 5 aprel — Sputnik. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) hazırladığı kitab aprel şəhidlərinin əziz xatirəsinə həsr edilib.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova aprel döyüşlərinin Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əsgər və zabitlərin döyüş bacarığını, ordunun peşəkarlığını nümayiş etdirdiyini diqqətə çatdırıb. Aprel döyüşlərində UNEC-in iki məzunu Tural Dadaşovla Mahir Mirzəyevin qəhrəmanlıqla şəhid olduğunu bildirən prorektor "Qəhrəmanlarımız qan yaddaşımızdır" kimi nəşrlərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

© Photo : UNEC mətbuat xidmətiUNEC-də "Qəhrəmanlarımız qan yaddaşımızdır" kitabının təqdimatı olub
UNEC-də Qəhrəmanlarımız qan yaddaşımızdır kitabının təqdimatı olub  - Sputnik Azərbaycan
UNEC-də "Qəhrəmanlarımız qan yaddaşımızdır" kitabının təqdimatı olub

Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Rauf Dəmirov aprel döyüşlərinin uğurlu nəticələrindən danışıb, bu döyüşlərin tarixi əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini göstərən qəhrəmanlıq tarixidir. R.Dəmirov işğal altında olan Azərbaycan torpaqlarının Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.

TUMİB-in sədri Çingiz Bayramov Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən bəhs edərək, təqdim edilən kitabın aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan vətən övladları haqqında ilk ensiklopedik nəşr olduğunu qeyd edib. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətlərdən bəhs edib, gəncləri qəhrəmanlığa, vətənpərvərliyə çağırıb. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov aprel döyüşləri xalqımızın hərb tarixinin parlaq səhifələrindən biridir, deyə bildirib.

UNEC-in məzunları – aprel şəhidləri Tural Dadaşovun anası Kəmalə Dadaşova, Mahir Mirzəyevin atası Sabir Mirzəyev övladları haqda xatirələrini bölüşüblər. Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan övladlarının adının daima əziz tutulduğunu diqqətə çatdıran valideynlər dövlətin şəhid ailələrinə olan qayğısından söz açıblar.

Xəbər lenti
0