ABŞ qoşunları bu ölkənin sərhədlərinə yerləşdirilir

© REUTERS / Jorge DuenesABŞ ilə Meksika arasındakı sərhəd - sağda Tixuana şəhəri, Meksika, solda - San Diyeqo, ABŞ, 4 aprel 2018-ci il
ABŞ ilə Meksika arasındakı sərhəd - sağda Tixuana şəhəri, Meksika, solda - San Diyeqo, ABŞ, 4 aprel 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Günlərdir müzakirə mövzusu olan sərhəddə əsgərlərin yerləşdirilməsi ilə bağlı açıqlama verilib

BAKI, 5 aprel — Sputnik. Vaşinqtonda günlərdir müzakirə mövzusu olan Meksika divarı inşa edilənədək sərhəddə əsgərlərin yerləşdirilməsi ilə bağlı ilk açıqlama verilib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, ABŞ-ın daxili təhlükəsizlik naziri Kirstyen Nielsen Donald Trampın cənub-qərb sərhədlərinə daxili qoşunların yerləşdirilməsi üçün təlimat verdiyini söyləyib. Nielsen bu axşamdan etibarən daxili qoşunların Meksika ilə sərhəddə yerləşdirilməsinə başlanacağını bildirib.

Məsələ ilə bağlı Ağ Evdən də yazılı bir açıqlama verilib. Açıqlamada deyilir ki, sərhədçilərə dəstək vermək üçün daxili qoşunların cənub sərhədlərinə yerləşdirilməsinə ABŞ prezidenti tərəfindən icazə verilib. Gündəlik mindən çox insanın ABŞ sərhədlərindən qeyri-qanuni şəkildə keçdiyi vurğulanan açıqlamada bu rəqəmin illik 300 mini ötdüyü qeyd edilib.

Vurğulanıb ki, problemlər həllini tapana qədər daxili qoşunlar orada qalacaq.

Xəbər lenti
0