ELM

Abituriyentlər üçün yeni fürsət

© Photo : ADDA-nın mətbuat mərkəziAzərbaycan Dövlət Dəniz Akademiyası
Azərbaycan Dövlət Dəniz Akademiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Dənizçilik Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciət edib

BAKI, 5 aprel — Sputnik. Azərbaycan Dövlət Dənizçilik Akademiyasında (ADDA) təhsil almaq istəyən abituriyentlər üçün ərizə qəbulu başlayır. Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, ADDA-nın ixtisaslarını seçən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra 01 aprel – 03 avqust tarixlərində Kazım Kazımzadə küç., 120A ünvanında yerləşən ("Elmlər Akademiyası" metrosu yaxınlığında, Mərkəzi Gömrük Hospitalının yanı) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Dənizçilər poliklinikası" MMC-yə müraciət etməlidirlər.

İş günləri: I –V günlər

İş saatı: 900 – 1500

Abituriyentlər tibbi komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet), abituryentin elektron ərizəsi (iş nömrəsi)

2. Ruhi Əsəb Dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar olaraq qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.

Xəbər lenti
0