Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış alimimiz dünyadan köçdü

© Photo : REPORTAkademik Böyükkişi Ağayev
Akademik Böyükkişi Ağayev - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Böyükkişi Ağa oğlu Ağayev bu gün 90 yaşında dünyadan köçüb

BAKI, 4 aprel — Sputnik. Tanınmış cərrah, akademik Böyükkişi Ağayev vəfat edib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağa oğlu Ağayev bu gün 90 yaşında dünyadan köçüb.

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Böyükkişi Ağayev 1928-ci ildə Sabirabad rayonunda anadan olub. Tibb üzrə bir sıra cəmiyyətlərin və elmi şuraların üzvü idi. Elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər nəzərə alınaraq o, 1998-ci ildə "Şərəf" ordeni ilə təltif olunmuşdu. Həmçinin Akademik M.A.Qasımov adına mükafata, Akademik M.A.Topçubaşov adına mükafata və Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdü.

Allah rəhmət eləsin!

Xəbər lenti
0