Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 3 aprel — Sputnik. Şəkidə sahibsiz it məktəbliyə hücum edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qoxmux kəndində baş verib.
Kənd sakini Əsgər Məmmədov it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 11 yaşlı uşağa hücum edən sahibsiz it onun sol ayağının baldır nahiyəsindən dişləyib.
Xəstəyə lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Qeyd edək ki, analoji hadisə Şəki və ətraf kəndlərdə tez-tez baş verir. Rayon sakinləri belə hadisələrin baş verməməsi üçün sahibsiz itlərin küçələrdən yığışdırmalarını tələb edirlər. Gecə-gündüz sərbəst gəzən sahibsiz itlər böyüklər və azyaşlılar üçün ciddi təhlükə mənbəyi hesab olunur.