Onlar işimizi də əlimizdən alacaq!

© AFP 2023 / Toru YAMANAKAToyota şirkətinin hazırladığı robot, arxiv şəkli
Toyota şirkətinin hazırladığı robot, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabata görə, bu faiz müxtəlif ölkərə görə dəyişə bilər

BAKI, 3 aprel — Sputnik. Onlar dünyada 66 milyon insanı işsiz qoyacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının son hesabatında inkişaf etmiş ölkələrdə robotlar üzündən işsiz qalma ehtimalının aşağı olduğu bildirilib.

Hesabtda 32 ölkədə işlərin 14 faizinin tamamilə avtomatik olaraq görüldüyü və bu səbəblə gələcəkdə robotların əlinə keçmə riski olduğu qeyd edilib. "Bununla da 66 milyon insan işsiz qala bilər", – deyə bildirilib. 

Robot Sao Nan - Sputnik Azərbaycan
Robot-jurnalist ilk məqaləsini yazdı

Xatırladaq ki, daha əvvəl də ABŞ-ın Oxford Universitetindən Carl Frey və Maykl Osborn adlı iki araşdırmaçı ABŞ-da işlərin 47 faizinin robotların əlinə keçmə ehtimalının olduğunu qeyd etmişdi.

Hesabata görə, bu faiz müxtəlif ölkərə görə dəyişə bilər.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının məşğulluq və ictimai əlaqələr üzrə müdiri Stefano Skarpetta isə hesab edir ki, texnologiyanın inkişafı kütləvi işsizliyə səbəb olacaq.

İngilisdilli ölkələr Skandinaviya ölkələri və Holandiya avtomatikləşmədən az təsirlənəcək. Almaniya, Yaponiya, Cənubi və Şərqi Avropa ölkələri isə risk altında olan ölkələr hesab edilir.

Hesabatda bildirilir ki, robotlar müxtəlif zamanlarda bizim gördüyümüz işlər əlimizdən alacaqlar. Məsələn, 2024-cü ildə tərcümə edə biləcəklər, 2026-da litsey səviyyəsində inşalar yaza biləcək. 2027-ci ildə yük maşınalrı idarə edə biləcək, 2029-cu ildə insan kimi qaçış yarışlarına qatıla biləcəklər. 2031-ci ildə pərakəndə sektorunda işləyə biləcək, 2049-cu ildə isə müxbirlik edə biləcəklər. 2053-cü ildə isə artıq cərrahlığı da bacaracaqlar.

Xəbər lenti
0