Əhaliyə xəbərdarlıq: Su ehtiyatınızı hazırlayın!

Abunə olmaq
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir

BAKI, 3 aprel — Sputnik. Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində qəza baş verdiyi üçün suyun verilməsində fasilələr və məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0