BMAM prezident seçkilərini müşahidə edəcək

© Sputnik / Shahperi Abbasova112 saylı şəhər seçki dairəsi üzrə referendum
112 saylı şəhər seçki dairəsi üzrə referendum - Sputnik Azərbaycan
Abunə olmaq
Seçki başa çatdıqdan sonra isə bütün müşahidəçilərin rəy və yazılı nəticələri toplanaraq seçki ilə bağlı münasibət açıqlanacaq

Bakı, 3 aprel — Sputnik. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində ümumrespublika üzrə müşahidə aparacaq. Bununla əlaqədar olaraq artıq Mərkəzin fəal üzvləri və nümayəndələri Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçiblər. Bu barədə Sputnik Azərbaycan-a BNAM-dan məlumat verilib.

Bildirilib ki, BMAM müşahidəçiləri 11 aprel tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində müxtəlif seçki dairə və məntəqələrində seçkilərin gedişini müşahidə edəcək. Seçki başa çatdıqdan sonra isə bütün müşahidəçilərin rəy və yazılı nəticələri toplanaraq seçki ilə bağlı münasibət açıqlanacaq.

Xəbər lenti
0