Məhərrəm Zülfüqarlı: “Azərbaycanda demokratik seçkilər üçün hər bir şərait var”
“AVCİA Azərbaycanın 30 rayonunda müşahidəçilərə seminar keçirib”. Bunu 11 aprel prezident seçkiləri öncəsi ölkədə vəziyyəti Sputnik Azərbaycan-a açıqlayan AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
“Azərbaycanda seçki qabağı mühit stabildir. Demokratik seçkilər keçirmək üçün lazım olan bütün atributları özündə əks etdirən mühit var. Bu stabilliyin olmasında Azərbaycan vətəndaşlarının rolu var. Seçki ərəfəsi vəziyyətin normal olmasına görə tez-tez beynəlxalq tədbirlər keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda normal, demokratik seçkilər keçirmək üçün hər bir şəait var”, — deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərini müşahidə etmək üçün 603 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.
Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz