Yanan ticarət mərkəzinin rəhbəri həbsinə etiraz edir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidГенеральный директор управляющей компании ТРК "Зимняя вишня Кемерово" Надежда Судденок в Заводском районном суде в Кемерове во время заседания по делу о пожаре в ТЦ
Генеральный директор управляющей компании ТРК Зимняя вишня Кемерово Надежда Судденок в Заводском районном суде в Кемерове во время заседания по делу о пожаре в ТЦ - Sputnik Azərbaycan
Abunə olmaq
Nadejda Suddenok ittihamları qəbul etməyib

BAKI, 2 aprel — Sputnik. Rusiyanın Kemerovo şəhərində yanğın baş verən "Qış albalısı" ticarət mərkəzinin həbs olunan direktoru Nadejda Suddenok ittihamları qəbul etməyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, həbsinə etiraz edib və hadisənin onun səhlənkarlığı ucbatından baş vermədiyini bildirib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər həlak olub. İstintaq araşdırmasından sonra məlum olub ki, ticarət mərkəzinin avtomatik yanğın həyacan siqnalı işləməyib.

Faciənin istintaqı zamanı artıq 7 nəfər həbs edilib. Onlarlın barəsində mayın 25-dək həbs-qətimkan tədbiri seçilib.

Xəbər lenti
0