CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikintiyə icazə verilməsi qaydası dəyişdi

© Sputnik / Kirill Braga / Mediabanka keçidРабочий на стройке, фото из архива
Рабочий на стройке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzil İnşaatı Dövlət Agentliyinin icazəsi olmadan özbaşına tikinti işlərinin aparılması inzibati məsuliyyət yaradacaq

BAKI, 2 aprel — Sputnik. İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə (Özbaşına tikinti işlərinin aparılması) dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin dispozisiyasına və həmin maddənin "Qeyd" hissəsinə "müvafiq icra hakimiyyəti orqanının" sözlərindən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun" sözləri əlavə edilib.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Tələbələr üçün nəhəng yataqxana kompleksi tikilir

Mövcud mətndə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə — fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Təklif olunan mətndə isə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə — fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Həmin maddənin mövcud "Qeyd" hissəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

"Qeyd" hissəsinə təklif olunan mətndə isə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən "mərkəzi icra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Eyni zamanda, Azərbaycan Prezidentinin 2018-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsinə əsasən Agentlik sərəncamına verilmiş torpaq sahələrində inşa edilən tikinti obyektlərinin tikintisinə və istismarına icazələr verir. Sadalananları nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanı ilə bərabər "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi" publik hüquqi şəxsin (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) icazəsi olmadan özbaşına tikinti işlərinin aparılmasına görə də inzibati məsuliyyətin nəzərdə tutulması məqsədilə Məcəlləyə dəyişikliklər təklif edilir.

Dəyişikliklər Milli Məclisin martın 6-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0