BAKI, 2 aprel — Sputnik. Prezident İlham Əliyev Tahir Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, T.Əmiraslanov Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə təltif edilib.
Prezident İlham Əliyev Mövlud Süleyman oğlu Balakişiyevin (Mövlud Süleymanlı) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
M.Balakişiyev Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.