İdmançılarımız Avropa çempionatından medalla qayıdır

Xəbərlərə abunə olun
Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb

BAKI, 2 aprel — Sputnik. Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.

Qeyd edək ki, Tayfur Əliyevdən öncə yığmamızın üzvü Məhəmməd Abdullayev (+91 kq) bürünc medalı rəsmiləşdirmişdi.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала