BAKI, 2 aprel — Sputnik. Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.
Zatulin bildirib ki, Komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb. Komitə Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyini təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl M.Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.