CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprel şəhidinin xatirəsi əbədiləşdirildi — FOTO

© Sputnik / Musa MuradlıTərtər şəhərində şəhid Nicat İsgəndərovun barelyefinin açılışı
Tərtər şəhərində şəhid Nicat İsgəndərovun barelyefinin açılışı - Sputnik Azərbaycan
Abunə olmaq
Tərtərdə aprel şəhidi Nicat İsgəndərovun adına küçə verildi

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Aprel şəhidlərinin xatirəsini əbədiləşdirmək istiqamətində daha bir addım atılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindəki küçələrdən birinə şəhid Nicat İsgəndərovun adı verilib. Küçənin girişində şəhidin barelyefinin açılışı olub.

Tədbirdə şəhidin valideynləri, döyüş yoldaşları, Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəsisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin fəalları, QHT və KİV nümayəndələri iştirak edib.

© Sputnik / Musa MuradlıŞəhidin atası Bəhruz İsgəndərovun çıxışı
Şəhidin atası Bəhruz İsgəndərovun çıxışı - Sputnik Azərbaycan
Şəhidin atası Bəhruz İsgəndərovun çıxışı

Tədbirdə əvvəlcə söz şəhidin atası Bəhruz İsgəndərova verilib. Bəhruz İsgəndərov dövlətin diqqət və qayğısından razı olduğunu bildirib, tədbirdə iştirakına görə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, ictimaiyyət nümayəndələrinə minnətdarlığını ifadə edib.

Tərtər məscidinin axundu Sadiq Cəfərov şəhidlərin adına salınan küçələr, yolların xalq arasında müqəddəs and yeri ola biləcəyini deyib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
QARABAĞ
Müdafiə Nazirliyi aprel döyüşlərinin nəticələrini açıqladı: 320 ölü, 500-dən çox yaralı

Şəhidin döyüş yoldaşı Nemət Haqverdiyev aprelin 1-dən 2-nə keçən gecə erməni təxribat qruplarının hücumunu qətiyyətlə dəf etdiklərini, Nicat İsgəndərovun qəhramancasına şəhid olduğunu qeyd edib.

Daha sonra birinci Qarabağ müharibəsi vaxtı fəaliyyət göstərmiş Tərtər Batalyonunun komandiri olmuş Pənah Məmmədov, Nizami Məmmədov və başqaları çıxış edərək erməniləri dinc yolla torpaqlarımızdan çəkilməyə, əks təqdirdə Azərbaycan ordusunun tədbirləri sayəsində ərazilərimizi boşaltmalı olacaqlarını bildirdilər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid atası Bəhruz İsgəndərova, şəhid anası Maya İsgəndərovaya qəhrəman oğul böyütdüklərinə görə minnətdarlığını bildirib: "Aprelin 2-nə qədər Nicat İsgəndərov tək sizin oğlunuz idisə, həmin gündən sonra o, bütün Azərbaycan xalqının oğlu oldu".

© Sputnik / Musa Muradlı Tərtər şəhərində şəhid Nicat İsgəndərovun adına küçə
 Tərtər şəhərində şəhid Nicat İsgəndərovun adına küçə - Sputnik Azərbaycan
Tərtər şəhərində şəhid Nicat İsgəndərovun adına küçə

Barelyefin açılışından sonra tədbir Nicat İsgəndərovun xatirəsinə həsr olunmuş filmə baxışla davam etdirilib. Filmdə şəhidin həyat yolundan danışılıb, döyüşqabağı yaxınlarına göndərdiyi səsli telefon danışıqları səsləndirilib.

Şəhidin atası Bəhruz İsgəndərov və anası Maya İsgəndərova, döyüş yoldaşları Rafiq Tarıverdiyev, Röyal Qəhrəmanov, Mübariz Məmmədov Nicat İsgəndərovla bağlı keçirdikləri hissləri, xatirələrini danışıblar. Nicatın anası Maya İsgəndərova həmin müdhiş aprel günündə sarsıntı keçirənlərdən birinin də şəhidin nişanlısı Sevinc olduğunu söyləyib. Nicat İsgəndərov aprel döyüşləri ərəfəsində məzuniyyətə çıxmağı və toy hazırlıqlarına başlamaq barədə düşünürmüş.

Qeyd edək ki, Nicat Kazımov 1989-cu ildə anadan olub. 2006-cı ildə Tərtər rayon 1 saylı orta məktəbi bitirib. Hərbi xidmətdən sonra təhsilini gizirlər məktəbində davam etdirərək kəşfiyyatçı peşəsinə yiyələnib. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Xəbər lenti
0