Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çin yeməyindən zəhərləndi, nəticədə uşaq doğdu

© AFP 2023 / MARK RALSTONABŞ-da təcili yardım avtomobili, arxiv şəkli
ABŞ-da təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ancaq həkimlər ona bildirib ki, onun doğuş sancıları tutub

BAKI, 1 aprel — Sputnik. Florida ştatından olan Kristal Qeyl Emerson zəhərlənmə şübhəsi ilə təcili yardıma müraciət edib və nəticədə dünyaya uşaq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, amerikalı qadın Çin restoranında yediyi toyuqdan zəhərləndiyini düşünərək təcili yardım çağırıb. Ancaq həkimlər ona bildirib ki, onun doğuş sancıları tutub.

Məlumata görə, qadın hamiləliyindən xəbərsiz olub. Martın 26-da qarnındakı sancılar və ürəkbulanma ilə ayılan qadın sancıları artdığı üçün təcili yardım çağırıb. Qadın təcili yardım avtomobilində uşaq dünyaya gətirib və onun oğlu olub. O, oğluna Oliver adını verib.

Buna qədər onun bir övladı da olub. Qadın qeyd edib ki, əvvəlki hamiləliyində də heç bir simptom olmayıb: "Mənim bədən quruluşum keçən dəfə də dəyişməmişdi və səhərlər özümü pis hiss etmirdim".

Qadın qeyd edib ki, o, bir daha Çin yeməyi yeməyəcək. Çünki bu qida ona mənəvi zədə vurub və daha belə yeməklərə baxa bilmir.

Həkim Culi de Sezare açıqlamasında qeyd edib ki, qadınlar bəzən hamilə olduğu barədə yalnız doğuşa bir neçə saat qalmış xəbər tutur. O, 20 illik təcrübəsində 3 dəfə belə halla qarşılaşıb.

Xəbər lenti
0