Elxan Şahinoğlu: “Türkiyə Qərbin etdiyini Rusiyaya etmir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı addım atmaq niyyətində olmadığını deyib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə və Rusiya strateji tərəfdaşdırlar:
“Onların çox böyük ticarət əlaqələri var. Bunların qarşılığında nəyə görə Türkiyə Rusiya ilə əməkdaşlıqdan imtina etsin? Çünki bu, Türkiyənin də maraqlarına uyğun deyil. Qərb Rusiyaya sanksiyalar tətbiq edir, bununla belə Türkiyə ilə münasibətləri də yaxşı deyil. Qərb Türkiyənin təhlükəsizlik maraqlarını anlamır. Bu mənada Qərblə olan münasibətlər Türkiyə və Rusiyanı birləşdirir. Ona görə də Türkiyə Qərbin etdiyini Rusiyaya etmir”.