BAKI, 1 aprel — Sputnik. Kosta-Rikanın Kaquas şəhəri ətrafında ev heyvanlarının qanını içən yırtıcı peyda olub.
Biosfer.az xəbər verir ki, həmin yırtıcı dovşandan tutmuş keçiyə qədər bütün ev heyvanlarına hücum çəkir. Bu barədə demək olar hər həftə yerli qəzetlərdə xəbərlər dərc olunur.
Əhali arasında yayılan şayiələrə görə, yırtıcı qırmızı gözlü uçan keçiyə bənzəyir. Bəziləri iddia edir ki, tüklü bədheybət həmçinin inəklərə və hinduşkalara da hücum edir.
Yerli icra orqanları 35 ev heyvanının cəsədini aşkarlayıb. Könüllülər dəfələrlə silahla yırtıcının ovuna çıxsa da, bir nəticə olmayıb.
Bəziləri hücumun bu mövsüm yabanı meyvə qıtlığından əziyyət çəkən ətraf meşələrdəki meymunlar tərəfindən törədildiyini iddia etsə də, zooloqlar bu versiyanı təkzib edir və elmə məlum olmayan mutant versiyası üzərində dayanır.
Ev heyvanlarına hücum edən yırtıcı-mutantın Ukraynada da peyda olduğu haqda xəbərlər dolaşır.