CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağ ciyərinizi təmizləmək üçün bunları edin

Abunə olmaq
Bir stəkan suya 2 limonu sıxmaq və səhər yeməyindən öncə içmək lazımdır

BAKI, 1 aprel — Sputnik. Siqareti atandan sonra ağ ciyəri təmizləmək  və daha sağlam həyata dönməyə başlamaq lazımdır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağ ciyərin təmizlənməsi üçün öncə siqareti tərgitmək lazımdır. Bundan 2 gün sonra idman edin və bitki çayları için.

Daha sonra ağ ciyəri meyvə şirələri ilə təmizləmək olar.

1 stəkan suya 2 limonu sıxmaq və səhər yeməyindən öncə içmək lazımdır. Günorta yeməyindən sonra 1 stəkan qreypfrut içmək gərəkdir.

Axşam yatmazdan öncə isə yenə də 2 stəkan qaragilə şirəsi içmək lazımdır.

Bu proqramın həyata keçirildiyi 3 gün ərzində bitki çayları içmək, ciyərləri zəhərdən təmizləyəcək idman etmək, təbii yağlar ilə nəfəs açıcı müalicələr etmək lazımdır.

Xəbər lenti
0