BAKI, 31 mart — Sputnik. Bu gün səhər saatlarında Ankarada metro qəzası baş verib.
Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, Ankara bələdiyyə başçısı Mustafa Tuna Twitter hesabından bildirib ki, qəza metro xəttinə baxış zamanı baş verib. Kızılay-Batıkent istiqamətində səfərlər başlamadan öncə baxış keçirilən iki metro qatarları bir-biri ilə toqquşub. Qəza nəticəsində vaqonlara ciddi ziyan dəyib.
— Doç. Dr. Mustafa Tuna (@mustafatuna0606) 31 марта 2018 г.
Baş verən qəzada ölüm hadisəsi baş verməyib. Hadisə səbəbi ilə Kızılay və İvedik istiqamətində metro işləmirt. Sərnişinlər avtobuslar vasitəsi ilə mənzil başına çatdırılır.