BAKI, 31 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı apardığı əməliyyat davam etməkdədir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ordusu 24-30 mart tarixində Diyarbakır, Bitlis, Mardin, Bingöldə, eləcə də Şimali İraqda əməliyyatlar həyata keçirib. Əməliyyatlarda 90 terrorçu zərərsizləşdirilib. Öldürülən terrorçulardan 2-si təşkilatın liderlərindən olub.
“Türkiyə hüdudlarında və İraqın şimalında terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar davam etdiriləcək” deyə Türkiyə DİN-nin bəyanatında qeyd olunur.