Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 31 mart — Sputnik. Dünən axşam saatlarında şimal bölgəsinə qar yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, güclü küləkdən sonra yağmağa başlayan qarın hündürlüyü Quba rayonunun mərkəzində 5-7 sm, ucqar dağ kəndlərində isə 13-14 sm çatır.
© Sputnik / Leyla AbdullayevaQubada qar
Qubada qar
© Sputnik / Leyla Abdullayeva
Qarın yağması hələdə davam edir. Qubanın Xınalıq kəndində gediş-gəliş çətinləşib. Bəzi kəndlərdə işıqlar sönüb.
Qar yağması səbəbindən hava kəskin soyuyub. Rayonun bir çox evlərində istilik sobaları yığışdırılsa da, yağan qar sobaların yenidən qurulmasına səbəb olub.