Putinin Türkiyəyə səfəri başlayır

© AFP 2024 / ADEM ALTANVladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli
Vladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclası 3 aprel tarixində keçiriləcək

BAKI, 31 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixində Ankaraya səfər edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası (SSRM) keçiriləcək, eyni zamanda, Rusiyanın “Rosatom” şirkəti tərəfindən Türkiyədə inşa ediləcək "Akkuyu" nüvə stansiyasının təməlinin qoyulması baş tutacaq, Bundan əlavə, Suriya mövzusuna Rusiya-Türkiyə-İran samiti keçiriləcək.

"Putin və Ərdoğanın başçılığı altında Ankarada Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclası 3 aprel tarixində keçiriləcək. Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər müzakirə olunacaq. Putinin ziyarəti zamanı Akkuyu nüvə stansiyasının təməli atılacaq. Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə Suriya üzrə üçtərəfli görüş isə 4 aprel tarixində keçiriləcək".

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani də görüşdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək. 

 

Xəbər lenti
0