Trampdan PKK ilə bağlı gözlənilməz qərar

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qərarın ABŞ-ın Suriyadakı roluna uyğun olaraq qəbul edildiyi bildirilir

BAKI, 31 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp terror təşkilatı olan YPG/PYD-yə edilən 200 milyon dollarlıq yardımı dayandırmaq qərarına gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumatına görə, “Wall Street Journal"a açıqlama verən ABŞ rəsmiləri bildiriblər ki, artıq bununla bağlı Dövlət Departamentinə "Yardımı dayandırın" təlimatı verilib. Rəsmilər bildiriblər ki, qərarı ABŞ prezidenti Donald Tramp qəbul edib. Bu qərarın ABŞ-ın Suriyadakı roluna uyğun olaraq qəbul edildiyi bildirilir.

Qeyd edək ki, 200 milyon dollarlıq əlavə yardımı dövlət katibi Reks Tillerson vəd etmişdi.

Xəbər lenti
0