BAKI, 30 mart — Sputnik. Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun kanala düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.
Sputnik Azərbaycan "TRT"yə istinadla xəbər verir ki, İran dövlət nömrə nişanlı avtomobil Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında tikilməkdə olan kanala düşüb. Maşındakılar İran vətəndaşları olub.
Bundan qısa müddət sonra Bayburt-Trabzon marşrutu üzrə hərəkət edən mikroavtobusun da həmin kanala düşməsi nəticəsində ikinci qəza baş verib. Kanalın dərinliyi 5 metrdir.
Qəzada həm Türkiyə, həm də İran əsilli vətəndaşlar həyatını itirib.