Elxan Şahinoğlu: “Türkiyə İraq ərazisində əməliyyatlar keçirə bilər”
Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib. Bu barədə Tel-Rifatdakı yerli mənbələr bildiriblər.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə bölgədə terroçularla mübarizəni davam etdirəcək, buna görə əməliyyatları keçirmək onun haqqıdır:
“Terrorçular Türkiyəyə problemlər yaradırlar. Onlar sadəcə Suriya ərazisində və yalnız Afrin bölgəsində deyillər. Düşünürəm ki, qərbin etirazlarına baxmayaraq bu əməliyyatlar davam edəcək. Çünki Türkiyə burada təhlükəsizlik maraqlarından çıxış edir. Türkiyə gələcəkdə İraq ərazisində də əməliyyatlar keçirə bilər”.
Politoloqun geniş şərhinə audio faylda qulaq asa bilərsiniz